Zığ-Hövsan yolu yenidən qurulur – FOTO

Zığ-Hövsan yolu yenidən qurulur – FOTO

Yolun 130 min m2 sahəsinin 3 qat olmaqla asfaltlanması planlaşdırılır.

Bakının Zığ dairəsi-Hövsan-Türkan avtomobil yolunun Zığ-Hövsan hissəsinin əsaslı yenidən qurulması işləri davam etdirilir.

“Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətindən Oxu.Az-a verilən məlumata görə, 24,5 km uzunluğunda olan Zığ dairəsi-Hövsan-Türkan avtomobil yolunun ilkin mərhələdə 6,8 km olan Zığ-Hövsan hissəsinin, ikinci mərhələdə isə 17,7 km uzunluğunda olan Hövsan-Türkan hissəsinin yenidən qurulması nəzərdə tutulur.

Artıq ilkin mərhələdə nəzərdə tutulan 6,8 km yolun 1,1 km-i Bakı I Avropa Oyunları öncəsi hər iki istiqamət üzrə 3 olmaqla 6 hərəkət zolağı enində yenidən inşa edilib.

Ayırıcı zolağın eni 4 m, hər bir istiqamət üzrə hərəkət hissəsinin eni 13 m olmaqla yol yatağının eni 35 m-dir. Yol boyu hər iki istiqamət üzrə 2 m enində səkilər və 400 m uzunluğunda yağış-kanalizasiya sistemi qurulub, yeraltı kommunikasiya xətləri yoldan kənarlaşdırılıb.

Ümumilikdə yolun 130 min m2 sahəsinin 3 qat olmaqla asfaltlanması planlaşdırılır.

0
34