Zakir Həsənov hərbi hospitalda – FOTO

Zakir Həsənov hərbi hospitalda – FOTO

Müdafiə naziri cəbhəboyu zonada yerləşən tank hərbi hissələrinin şəxsi heyəti ilə görüşüb

Ali Baş Komandanın göstərişinə əsasən hərbi hissələrdə tikinti-inşaat işləri davam edir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Oxu.Az–a verilən məlumata görə, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən hərbi hissələrdə tikinti-inşaat işləri davam edir.

Müdafiə Nazirliyinin rəhbərliyi Gəncə şəhərində yeni inşa edilən hərbi hospitaldakı müalicə-diaqnostika, qərargah korpusu, eləcə də digər inzibati binalar və qurğularda gedən tikinti işlərinin keyfiyyəti ilə maraqlanıb.

Tibb Baş İdarəsinin rəisi general-mayor Natiq Əliyev Müdafiə nazirinə görülən işlər haqqında məlumat verib.

Mobil səhra hospitalının yeni açılan terapiya bölməsində yaradılan şəraitlə tanış olan Müdafiə naziri general-polkovnik Zakir Həsənov müvafiq tövsiyə və tapşırıqlarını verib.

Sonra Müdafiə naziri cəbhəboyu zonada yerləşən tank hərbi hissələrinin birində şəxsi heyətlə görüşüb. Buradakı döyüş texnikası, trenajor mərkəzi və avtomobil texnikalarına baxış keçirib.

Müdafiə naziri şəxsi heyətlə müxtəlif hərbi hissələrdə keçirilən görüşlərdə Ali Baş Komandanın ordu quruculuğuna göstərdiyi yüksək diqqətin nəticəsi olaraq son vaxtlar döyüş və mənəvi-psixoloji hazırlığın daha da artırılması, sosial-məişət şəraitinin yaxşılaşdırılması və maddi-texniki bazanın möhkəmləndirilməsi məqsədilə görülən işləri diqqətə çatdırıb.

0
12