Türkiyə-Suriya sərhədində silahlı hücum: Çox sayda ölən var

Türkiyə-Suriya sərhədində silahlı hücum: Çox sayda ölən var

Hadisə Suriyanın Haseke vilayətinin Qamışlı rayonunda baş verib

Türkiyə-Suriya sərhədində güclü partlayış baş verib.

Oxu.Az cnnturk–ə istinadən xəbər verir ki, PKK-nın Suriya qanadı sayılan PYD-nin qərargahı qarşısında minalanmış yük avtomobili partladılıb.

Partlayış nəticəsində ilkin məlumatlara əsasən 12 nəfər ölüb, 50 nəfər isə yaralanıb.

Suriya dövlət televiziyası isə patlayışda ölənlərin sayının 31 nəfərin olduğunu, 170–ə yaxın insanın yaralandığını açıqlayıb.

Eyni zamanda, hadisədə 30 evə ciddi zərər dəyib.

Partlayışın gücündən Türkiyənin Mardin vilayətinin Nusaybin rayonunda qırılan şüşələr 2 nəfəri yaralayıb.

Məlumata əsasən, İŞİD partlayışa görə məsuliyyəti öz üzərinə götürüb.

Partlayışdan dərhal sonra Türkiyə Suriya sərhədi boyunca hərbi və polis maşınlarının ətrafa toplaşdığı müşahidə olunur.

0
23