Ərdoğan alman komikini məhkəməyə verdi

Ərdoğan alman komikini məhkəməyə verdi

Onun mətnində təhqiramiz ifadələr yer alırdı.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, onun haqqında alman televiziyasının efirində təhqiramiz şeir oxuyan alman komiki Yan Bemermanı məhkəməyə verib. 

Oxu.Az xəbər verir ki, bu barədə Reuters alman prokurorluğuna istinadən məlumat yayıb. 

Mayns prokurorluğu Ərdoğanın Bemermanı ZDF dövlət kanalında “Neo Magazin Royale” şousu zamanı onu təhqir etdiyi üçün hüquqi şirkətin vasitəsilə məhkəməyə verib. 

Öz şousunda komik türk liderini kürdləri və xristianları sıxışdırmaqda, eləcə də müxalifət qəzetlərinin bağlamaqda ittiham edib. Bundan başqa, onun mətnində təhqiramiz ifadələr yer alırdı.

Daha öncə Türkiyənin Almaniyadan Ərdoğan haqqında şeirə görə, cinayət işinin açılmasını tələb etməsi barədə məlumat yayılmışdı. 

0
11