Azərbaycanlı qız “Rising Star Türkiyə”də ən yüksək səs topladı – VİDEO

Azərbaycanlı qız “Rising Star Türkiyə”də ən yüksək səs topladı – VİDEO

Azərbaycanlı müğənni Məltəm Abbasova “Rising Star Türkiyə” proqramına qatılıb.

Oxu.Az xəbər verir ki, Sem Braunun repertuarından “Stop” mahnısını ifa edən həmyerlimiz ən yüksək səs toplayaraq (94%) növbəti mərhələyə şans qazanıb.

TV8-də yayımlanan “Rising Star Türkiyə”nin münsiflər heyətində müğənniər İrem Derici, Yılmaz Morgül, Mustafa Sandal və həyat yoldaşı Emina Sandal yer alır.

Xatırladaq ki, Məltəm Abbasova 2014-2015-ci illərdə “O səs Türkiyə”də müğənni Ebru Gündeşin komandasında yarışıb. Lakin müsabiqəninin “Son seçim” mərhələsində məğlub olub.

Aytən Sadıqzadə

0
183