Azərbaycan Rusiyanın Dövlət Dumasına seçkiləri müşahidə edəcək

Azərbaycan Rusiyanın Dövlət Dumasına seçkiləri müşahidə edəcək

Rusiya MSK müvafiq təklifi 43 ölkəyə göndərib.

43 ölkədən olan nümayəndələr sentyabr ayında Rusiya Dövlət Dumasına seçkiləri müşahidə edəcək.

Oxu.Az “Kommersant”a istinadən xəbər verir ki, Rusiya Mərkəzi Seçki Komissiyası (MSK) müvafiq təklifi 43 ölkəyə, o cümlədən də Azərbaycana göndərib.

Qeyd edilir ki, Dövlət Dumasına seçkiləri müşahidə edəcək ilk qrup Rusiyaya avqustun 10-da gələcək. Səsvermə günü – sentyabrın 18-də Rusiyaya ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosundan 420 ekspert və MDB ölkələrindən müşahidəçilər gələcək.

0
9