“Eurovision” təmsilçiləri Brilyant üçün mahnı yazdılar – AUDİO

“Eurovision” təmsilçiləri Brilyant üçün mahnı yazdılar – AUDİO

Xalq artisti Brilyant Dadaşova yeni mahnısını dinləyicilərinə təqdim edib.

Oxu.Az xəbər verir ki, “Belə-belə işlər” adlı bəstə Moldovanın “Ragoza Music” şirkətində hazırlanıb. Mahnının sözləri Brilyant Dadaşovanın özünə, musiqisi 2010-cü ildə Moldovanı “Eurovision” mahnı müsabiqəsində təmsil edən “Sunstroke Project” qrupunun üzvləri Anton Ragoza və Sergey Yalovitskiyə, aranjimanı isə Michael Raya məxsusdur.

Balkan ulduzları Azərbaycanın Xalq artisti ilə ilk əməkdaşlığın təəssüratlarını belə bölüşüblər:

“Biz daha çox Rusiya və Avropa ifaçıları üçün mahnılar bəstələmişik. Azərbaycanlı sənətkar ilə əməkdaşlıq bizim üçün çox maraqlı və məsuliyyətlidir. Bu, bizim Azərbaycan dilində ilk bəstəmizdir və davamı olacaq. Çünki diliniz musiqili dildir. Həm də Brilyant Dadaşovanın ifası bizi məmnun edib. Mahnı təkcə Azərbaycanda deyil, bir çox Balkan ölkələrində yayımlanacaq”.

0
60