Ankaranın Kızılay meydanının adı dəyişdiriləcək

Ankaranın Kızılay meydanının adı dəyişdiriləcək

Ankarada mərkəzi Kızılay meydanının adı çevriliş cəhdi zamanı şəhid olanların xatirəsinə dəyişdirilərək.

APA-nın “Anadolu”ya istinadən verdiyi xəbərə görə,  bu barədə şəhərin meri Melih Göyçək bildirib.

“Bu meydana 15 İyul Demokratiyası Meydanı adı veriləcək”, - deyə o bildirib.

O, həmçinin Silahlı Qüvvələrin Baş Qərargahının qarşısındakı meydanına da 15 İyul Şəhidləri Meydanı adının veriləcəyini bildirib.

Bundan əvvəl İstanbulda Bosfor boğazının üzərindəki körpünün çevriliş cəhdi zamanı şəhid olanların xatirəsinə dəyişdiriləcəyi bildirilmişdi.

0
13