Türkiyə kənd təsərrüfatı mallarının Rusiyaya tədarükü bərpa olunur

Türkiyə kənd təsərrüfatı mallarının Rusiyaya tədarükü bərpa olunur

Rusiya və Türkiyə kənd təsərrüfatı sahəsində əməkdaşlığın genişləndirilməsinə dair razılığa gəliblər.

APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, tərəflər  iki ölkənin fitosanitar və baytarlıq nəzarəti orqanları arasında əməkdaşlığın aktivləşdirilməsinə və yaxın zamanda müvafiq məsləhətləşmələrin aparılmasına dair razılığa gəliblər.   

Rusiya Kənd Təsərrüfatı Nazirliyinin məlumatında bildirilir ki, qeyd olunan qərar  Rusiya kənd təsərrüfatı nazirinin müavini Sergey Levinin türkiyəli həmkarı Mehmet Danişlə işgüzar  görüşünün nəticələrinə dair qəbul edilib.

Sergey Levin qeyd edib ki, Rusiya və Türkiyə arasında 2016-cı ilin birinci yarımilliyində mal dövriyyəsinin iki dəfə azalmasına baxmayaraq, Rusiya bazarına qadağan olunmayan Türkiyə kənd təsərrüfatı mallarının tədarükü, Rusiyadan isə Türkiyəyə taxılın ixracı davam etdirilib.    

0
17