İrəvanda daha 2 silahlı yaralandı

İrəvanda daha 2 silahlı yaralandı

İrəvanda polis binasını ələ keçirmiş silahlı qrupun daha iki üzvü yaralanıb. Onlar hələ də binada qalmaqdadırlar.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistan polisinin mətbuat xidmətinin rəhbəri Aşot Aqaronyan bildirib

“Danışıqlar davam etdirilir, polis əməkdaşları yaralılara tibbi yardımın göstərilməsini təklif edirlər, lakin silahlılar bu təklifi rədd edirlər”, - deyə Aqaronyan bildirib.  

Aqaronyan həmçinin xatırladıb ki, iyulun 17-də güllə yarası almış silahlılardan biri hələ də binada qalmaqdadır: “Polis əməkdaşları dəfələrlə ona tibbi yardımın göstərilməsini təklif edib, lakin qrup üzvləri bu təklifi qəbul etməkdən imtina ediblər”, - deyə o bildirib.

Bundan əvvəl bildirilmişdi ki, İrəvanda polis alayının binasını ələ keçirmiş silahlı qrupun iki üzvü polisə təslim olub.

Təslim olan silahlılar Qaqik Yegiazaryan və Aram Akopyandır.

“Polis alayı binasının həyətində atışma baş verib. Nəticədə polis zabiti və silahlı qrupun üzvləri Pavel Manukyan və onun oğlu Aram yaralanıblar. Yaralılar xəstəxanaya aparılıb”, - deyə Aşot Aqaronyan bildirib.

“Hazırda yaralılar əməliyyat olunurlar, onların həyatına heç bir təhlükə yoxdur.  Silahlı qrupun üzvlərinin təslim olunması istiqamətində danışıqlar davam etdirilir”, - deyə Aşot Aqaronyan bildirib.

0
17