Çempionlar Liqası: Səfərdə yalnız “Zalsburq” qalib gəldi

Çempionlar Liqası: Səfərdə yalnız “Zalsburq” qalib gəldi

Çempionlar Liqasında III təsnifat mərhələsinə start verilib. Apasport.az saytının məlumatına görə, ilk oyunlar çərçivəsində 9 qarşılaşma baş tutub.

Azərbaycan çempionu "Qarabağ"ın səfərdə Çexiya "Viktoriya"sı ilə qolsuz heç-heçə etdiyi gün meydan sahibləri üçün uğurlu alınıb.

Qonaqlar 9 matçda yalnız 1 qələbə qazanıbsa, 3 dəfə qalib gələn meydan sahibləri 5 heç-heçəylə kifayətlənib. Yalnız “Zalsburq” səfərdən qələbə ilə qayıdıb.

Çempionlar Liqası

 təsnifat mərhələsi

İlk oyunlar

26 iyul

BATE (Belarus) – “Dandalk” (İrlandiya) 1:0

Qordeyçuk, 71.

“Ludoqorets” (Bolqarıstan) – “Srvena Zvezda” (Serbiya) 2:2

Kafu, 43. Keşerü, 76 - Katai, 48. Kanqa, 66.

“Sparta” (Praqa, Çexiya) – “Styaua” (Rumıniya) 1:1

Şural, 35 - Stanku, 75.

“Partizani” (Albaniya) – “Zalsburq” (Avstriya) 0:1

Soriano, 70-pen.

“Viktoriya” (Plzen, Çexiya) – “Qarabağ” (Azərbaycan) 0:0

“Rostov” (Rusiya) – “Anderlext” (Belçika) 2:2

Buxarov, 16. Poloz, 60-pen - Nuytink, 3. Tilemans, 52.

“Şaxtyor” (Donetsk, Ukrayna) – “Yanq Boyz” (İsveçrə) 2:0

Bernard, 27. Seleznyov, 75.

“Ayaks” (Hollandiya) - PAOK (Yunanıstan) 1:1

Dolberq, 58 - Kampos, 27.

“Dinamo” (Zaqreb, Xorvatiya) – “Dinamo” (Tbilisi, Gürcüstan) 2:0

Sudani, 39. Çoriç, 42.

0
22