İrəvanda atəş səsləri eşidilir

İrəvanda atəş səsləri eşidilir

 İrəvanda silahlı qrupun ələ keçirdiyi polis alayının binasından atəş səsləri eşidilməyə başlayıb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistan Polisinin mətbuat rəhbəri Aşot Aqaronyan bildirib.

“Hazırda silahlı qrupun ələ keçirdiyi polis alayının binasından arabir müxtəlif istiqamətlərdə atəş açılır. Ətrafda yaşayan sakinlər və xidmət çəkən polislərin həyatına təhlükə yaranıb”, - deyə Aqaronyan bildirib”.

0
18