Türkiyə SU-24-nün vurulmasını təkrar araşdıracaq

Türkiyə SU-24-nün vurulmasını təkrar araşdıracaq

Rusiyaya məxsus “SU-24” döyüş  təyyarəsinin türkiyəli pilot tərəfindən vurulması təkrar araşdırılacaq.

APA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, bunu Türkiyənin energetika və təbii sərvətlər naziri Berat Albayrak bildirib.

“Düşünürəm ki, Rusiya təyyarəsi ilə bağlı insident təkrar araşdırılacaq”, -  deyə nazir bildirib.

Qeyd edək ki, bundan əvvəl Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının sədr müavini Yasin Aktay bildirib ki, Rusiyaya məxsus “SU-24” bombardmançı təyyarəsini vurmaq qərarını türkiyəli pilot özü verib.

0
20