İrəvanda yenidən ara qarışmağa başlayır

İrəvanda yenidən ara qarışmağa başlayır

İrəvanın mərkəzində etirazçıların yürüşü başlayıb.

APA-nın  “NEWS.am”a istinadən verdiyi xəbərə görə, etiraz aksiyasının təşkilatçıları yürüşü bir neçə küçədən keçməklə Polis və Milli Təhlükəsizlik Xidmətinin binalarınadək davam etdirmək, sonra isə Xorenatsi küçəsindəki toplanış yerinə qayıtmaq niyyətindədirlər. Politoloq Andrias Qukasyan etirazçılar qarşısında çıxış edərək yürüşün marşrutunu elan edib.

Qeyd edək ki, bundan əvvəl polis xəbərdarlıq edərək, aksiyanı başqa ünvanda keçirməyi təklif   edib. Lakin etirazçılar buna məhəl qoymayaraq, qadağan olunmuş yerə toplanıblar.

0
20