Rusiya gömrük rəhbərinin evindən “milyonlar” çıxdı - FOTO

Rusiya gömrük rəhbərinin evindən “milyonlar” çıxdı - FOTO

Rusiya Federal Gömrük Xidmətinin rəhbəri Andrey Belyaninovun və onun müşaviri Sergey Lobanovun evlərində aparılıb.

Oxu.Az-ın Gazeta-ya istinadən məlumatına görə, istintaq hərəkətləri Sankt-Peterburqdan olan sahibkar Dmitri Mixalçenkoya qarşı alkoqollu içkilərin qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsi ilə bağlı başlanan cinayət işi çərçivəsində aparılıb.

Axtarışla zamanı Andrey Belyaninovun evində ayaqqabı qurularında saxlanılan böyük məbləğdə pul vəsaitləri – 10 milyon rubl, 400 min dollar (26,5 milyon rubl) və 300 min avro (22 milyon rubl) aşkarlanıb.

Hazırda qeyd olunan pul vəsaitlərinin, həmçinin, qiymətli qələm kolleksiyalarının və nadir sənət əsərlərinin hansı yolla əldə olunması araşdırılır.

0
20