O gecə MKİ İstanbuldaymış: “Ərdoğan həbs olunsa...” – SİRLİ TOPLANTI

O gecə MKİ İstanbuldaymış: “Ərdoğan həbs olunsa...” – SİRLİ TOPLANTI

15 iyul hərbi çevriliş cəhdi ilə bağlı Türkiyə mediasında ən müxtəlif faktlar, iddialar və ssenarilər yayılmaqdadır. Lent.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, çevriliş günü – iyulun 15-də Türkiyəyə əksəriyyəti əcnəbilər olan 17 nəfərlik bir qrup daxil olub.

İstanbuldakı Böyük adada otellərin birində yerləşən bu qrupun 2 gün boyunca toplantı keçirdikləri barədə məlumat yayılıb.

Böyük adadakı həmin otelin seçilməsi təsadüfdürmü? Axı bu otel 100 il əvvəl də bir az fərqli formada, amma eyni rolu oynayıb. 1919-cu ildə İstanbulun işğalı əməliyyatlarında İngilislərin Ordu Qərargahı kimi istifadə olunan bu mübhəm otel, 15 iyulda yenidən gündəmə gəldi. Həm də necə? Çevriliş günü Türkiyəyə daxil olan, aralarında Mərkəzi Kəşfiyyat İdarəsinə işləyən Amerikalı professor Henri Barkeyin də olduğu bu qrupun sirli toplantısı ilə...

“Sabah” qəzeti yazır ki, sirli toplantı əsnasında ABŞ ilə tez-tez telefon əlaqəsi saxlayan Barkey, qiyam uğursuzluğa düçar olduqdan sonra – iyulun 19-da Türkiyəni tərk edib. Bütün bunlar bəlkə də adi görünə bilər. Bir mühüm detal olmasaydı...

Barkey öz qrupu ilə birlikdə oteli tərk edərkən otel işçilərinə... üzərinə “Pensilvaniya” yazılmış zəng suveniri hədiyyə edib.

İstanbul polisi hazırda bu detalla bağlı otelin bütün personalını dindirir. Otel işçiləri bildiriblər ki, Barkey və yoldaşları həmin gecə baş verənləri otelin toplantı otağında televizordan seyr ediblər.

Əksəriyyəti beynəlxalq məsələlər üzrə mütəxəssis olan bu şəxslər otelə daxil olduqları gün toplantı otağına keçiblər və Barkey otelin işçisinə “saat 16.00-da və 18.00-da CNN International və Amerikanın Səsi-nə canlı yayıma çıxacağam, nə lazımdı, təşkil edərsinizmi?” – deyib.

İddialara görə, qiyam gecəsi toplantı salonunda Barkey və yanındakılar fasiləsiz olaraq telefonla danışıblar. Barkeyin yanında noutbuk, smartfon və internet bağlantısı olmayan köhnə mobil telefon olub.

Hazırda otelin internet sisteminə aid log qeydləri və kompüterlər yoxlanmaqdadır.

Mərkəzi Kəşfiyyat İdarəsində işləyən Henri Barkey doktorluq işini Pensilvaniya Universitetində müdafiə edib. MKİ-nin Orta Şərq mütəxəssisi və “mülayim islam” nəzəriyyəçilərindən sayılır. ABŞ Dövlət Departamentində işləyib. MKİ-nin Orta Şərq üzrə başqa bir mütəxəssisi Graham Fuller ilə birlikdə “Türkiyənin Kürd Məsələsi” adlı kitab yazıb. Həyat yoldaşı Elen Barkey MKİ-də yüksək vəzifələrdə işləyib.

Barkeyin adı Türkiyə üçün ciddi sayılan olaylarda ilk dəfə deyil hallanır. O, ötən illərdə Abdulla Öcalanla görüşmək üçün İtaliyaya getmişdi. PKK terror təşkilatının ABŞ-dakı təmsilçisi Kani Gulama Öcalanın İtaliyada qala bilməsi üçün dəstək məktubu da yazmışdı. Barkey, HDP rəhbəri Səlahəddin Dəmirtaşın Vaşinqtonda keçirdiyi mətbuat konfransında da yer almışdı.

Toplantıya qatılanlar arasında diqqət çəkəcək başqa bir ad da var. Avropa Birliyi Xarıcı Əlaqələr Komissiyasının Orta Şərq və Şimalı Afrika Proqramında çalışan Ellie Geranmayeh…

Prezident Ərdoğan xalqa müraciət edərək “meydanlara çıxın” dedikdən az sonra, saat 00:33-də Tvitterdə belə bir mesaj paylaşır: “Ərdoğan Facetime vasitəsilə CNN Türk-ə bağlanıb, xalqın küçələrə çıxmasını istədi. Hazırda özü təhlükəsizlik məqsədilə qonşu ölkələrdən birinə gedir”.

Bundan vur-tut 7 dəqiqə öncə isə aşağıdakı mesajı paylaşmışdı: “Türkiyə üzrə mütəxəssis Henri Barkeylə birlikdəyəm. O, hesab edir ki, çox şey Ərdoğanın və Baş nazirin tutulub-tutulmayacağından asılıdır. Çevrilişin həqiqətən baş tutduğuna əmin olmaq üçün zamana ehtiyac var”…

Oteldən ayrılarkən üzərində “Pensilvaniya” yazılmış zəng suveniri hədiyyə edən Barkey, ofisiantlardan birinə elə beləcə də deyib: “Türkiyəyə ilk gəlişimdə HSBC partladı. İkinci dəfə gələndə Gəzi hadisələri oldu. İndi də çevriliş cəhdi…”

0
27