#GülÇiçəklənBakı: Könüllülər paytaxtın həyətlərini abadlaşdırırlar – FOTO

#GülÇiçəklənBakı: Könüllülər paytaxtın həyətlərini abadlaşdırırlar – FOTO

Zibil atılmayan və yığışdırılan yer təmiz olur.

Keçən bazar günü şəhərimizin görünüşünə, inkişafına, eləcə də uşaqların sevincinə laqeyd olmayan Azərbaycan gəncləri paytaxtı Bakının şəhərlərindən birində toplaşıblar.

“Gül! Çiməklən! Bakı!” şüarı altında sosial şəbəkələr vasitəsilə birləşən bir qrup gənc təyin olunmuş yerə gələn kimi dərhal işə başlayıblar. Uşaqların oynamasına maneçilik törədən tullantılar həyətdən yığışdırılıb.

Ağaclar, güllər əkilib, yelləncəklər və uşaqların valideynlərinin və yaşlı nəslin nümayəndələrinin istirahəti üçün oturacaqlar qoyulub.

Qedy edək ki, bu ilk iməcilik idi, gənclər bu qəbildən olan iməcilikləri Bakının digər həyətlərində də yaxın günlərdə davam etməyi planlaşdırırlar.

Könüllülərə bu aksiyada qoşulmaq və yardım etmək üçün “Facebook” sosial şəbəkədə “Gül! Çiməklən! Bakı!” səhifəsindən məlumat ala bilərsiniz.

İlk həyətin abadlaşdırılmasının əks olunduğu fotoları sizə təqdim edirik.

0
12