Türkiyəli nazir Moskvadan embarqonun ləğv edilməsini istəyib

Türkiyəli nazir Moskvadan embarqonun ləğv edilməsini istəyib

“Məhdudiyyətlər zamanla aradan qaldırılmalıdır”.

Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybekçi Rusiyanın iqtisadi inkişaf naziri Aleksey Ulukayev ilə görüş zamanı embarqo altında olan ərzaqların ölkə ərazisinə gətirilməsinə icazə verilməsini istəyib.

Oxu.Az xəbər verir ki, bu barədə “Life” məlumat yayıb.

“Mən artıq xahiş etdim”, - Zeybekçi Türkiyənin Rusiyaya ərzaqların tədarükü üçün nə zaman müraciət edəcəyinə dair suala cavab verərkən bildirib.

Ulukayev görüşdən sonra jurnalistlərə məhdudiyyətlərin zamanla aradan qaldırılmalı olduğunu bildirib.

0
11