Elmar Məmmədyarov Niderland səfirini qəbul edib

Elmar Məmmədyarov Niderland səfirini qəbul edib

İki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunub.

Xarici işlər naziri Elmar Məmmədyarov Niderland Krallığının Azərbaycandakı səfiri Robert Jan Qabrielseni diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Oxu.Az-a verilən xəbərə görə, görüşdə son illər iki ölkə arasında əlaqələrin inkişafından məmnunluq ifadə olunub və əməkdaşlığın daha da genişləndirilməsi üçün əlverişli imkanların olduğu bildirilib.

Səfir diplomatik fəaliyyətinin uğurla həyata keçirilməsi üçün ona göstərilən dəstəyə görə təşəkkürünü ifadə edib. E.Məmmədyarov ölkələr arasında əlaqələrin inkişafına verdiyi töhfəsinə görə Robert Jan Qabrielsenə minnətdarlığını ifadə edib və ona gələcək diplomatik fəaliyyətində uğurlar arzulayıb.

0
10