MSK referendumla bağlı hazırlıqlara başladı

MSK referendumla bağlı hazırlıqlara başladı

Mərkəzi Seçki Komissiyası Konstitusiyaya ediləcək düzəlişlərlə bağlı açıqlama verib.

Mərkəzi Seçki Komissiyası (MSK) referendumla bağlı hazırlıqlara başlayıb.

Oxu.Az xəbər verir ki, bu gün MSK-nın növbəti iclası keçirilib.

MSK-nın katibi Arifə Muxtarova Azərbaycanda referendumun keçirilməsi üçün müvafiq normativ aktlara dəyişiklik edilməsi zərurəti yarandığını bildirib. İclasda referendumla bağlı 6 normativ xarakterli akta dəyişiklik müzakirəyə çıxarılıb və qəbul edilib.

Xatırladaq ki, Prezident İlham Əliyev Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə ümumxalq səsverməsi (referendum) keçirilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycanda referendum sentyabrın 26-na təyin edilib.

0
8