Səhiyyə Nazirliyi Şirvandakı partlayışla bağlı məlumat yaydı - VİDEO + YENİLƏNİB

Səhiyyə Nazirliyi Şirvandakı partlayışla bağlı məlumat yaydı - VİDEO + YENİLƏNİB

Yaralılar səhiyyə nazirinin şəxsi nəzarətinə götürülüb.

Şirvanda Müdafiə Sənayesi Nazirliyinə aid zavodda qeydə alınan partlayış nəticəsində 11 nəfər xəsarət alıb.

Bu barədə Oxu.Az-a Səhiyyə Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Liya Bayramova məlumat verib.

Onun sözlərinə görə, Şirvanda baş vermiş hadisədə xəsarət alanlara tibbi yardımın göstərilməsi səhiyyə naziri Oqtay Şirəliyevin şəxsi nəzarətinə götürülüb:

“Yaralılar Şirvan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Onlar müxtəlif dərəcəli yanğın xəsarəti alıb”.

16:37

Şirvan rayonunda baş vermiş hadisə ilə əlaqədar yerli səhiyyə müəssisələrinin səyləri səfərbər olunub.

Bu barədə Oxu.Az-a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

“Əlavə olaraq hadisə yerinə Təcili Təxirəsalınmaz Tibbi Yardım Xidməti tərəfindən 2 həkim briqadası (travmatoloq, reanimatoloq və s.) göndərilib və 3 həkim briqadası hazırda göndərilməkdədir.

Hadisə nəticəsində zərərçəkənlərə zəruri tibbi yardım göstərilir”, - nazirlikdən bildirilib.

0
21