(R) “Nissan” Orta Şərqdə “Nismo” modelləri üçün xüsusi salon yaratdı

(R) “Nissan” Orta Şərqdə “Nismo” modelləri üçün xüsusi salon yaratdı

Bu günlərdə “Nissan” ilk dəfə olaraq Orta Şərqdə “Nismo” modellərini nümayiş etdirəcək salonu təqdim etdi. Dərhal qeyd edək ki, “Nismo Corner” tamamilə yeni salon konsepsiyadır. O cümlədən, “Nismo” “Nissan”ın tüninq üzrə ixtisaslaşan bölümüdür.

“Nismo Corner” 2015-ci ilin oktyabr ayından “Nismo” brendinin regional inteqrasiyası istiqamətində işlər aparır. “Nissan” ilk olaraq “Nismo Corner” salonlarının açılışını Yaxın Şərqdən başlayır. Yapon şirkəti bunun ardınca 7 regional diler üçün də bu tip satış mərkəzləri açmaq niyyətindədir.

“Nissan”ın Orta Şərq üzrə icraçı direktoru  Samir Çerfan regionun kompaniya üçün böyük əhəmiyyət kəsb etdiyini vurğulamaqla bərabər, bildirir ki, hazırda fəaliyyətə başlayan “Nismo Corner” maksimum dəbdəbə və perfomansı özündə birləşdirən “Patrol Nismo”nun xüsusiyyətlərini müştərilərin nəzərinə tam şəkildə  çatdırmaq üçün xüsusi dizayn edilib.

Körfəz ətrafı yeddi ölkədə dilerliyi olan “Nissan” “Nismo Corner”Iər vasitəsilə “Nismo” brendinin əsas xüsusiyyətlərini qabarıq şəkildə vurğulayır. İlk olaraq “Nismo Corner” salonları Dubayda və Abu-Dabidə fəaliyyətə başlayıb.

Müasir baxışlı yaradıcı komandanın mütərəqqi ideyalarını özündə birləşdirən “Nismo Corner”lər alıcının avtovobillə ünsiyytətini fərqli şəkildə təqdim edir. Hər bir müştəriyə avtomobillə təmasda olmaq və satış təmsilçiləri ilə məsləhətləşmək üçün kifayət qədər məkan ayrılmışdır.

“Nismo”nun regionda satılan ilk modeli 2016-cı ilin mart ayında təqdim olunan “Patrol Nismo”dur. Bunun ardınca digər modellərin salonları zənginləşdirəcəyi gözlənilir.

0
10