Türkiyədə 143 general həbs edilib

Türkiyədə 143 general həbs edilib

Türkiyədə dövlət çevrilişi cəhdi ilə bağlı həbs olunanların sayı artır.

Türkiyədə dövlət çevrilişi cəhdi ilə bağlı 9056 nəfər barəsində həbs qətimkan tədbiri seçilib.

Oxu.Az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, həbs olunanlardan 134 nəfəri Türkiyə Ali və Kassasiya məhkəmələrinin üzvləridir.

Ümumilikdə, məhkəmənin qərarı ilə 1348 hakim və 737 prokuror barəsində həbs qərarı verilib.

Məlumata görə, 143 general, 3168 mayor, zabit, gizir və digər kiçik rütbəli hərbçi, 1181 əsgər, 736 müdavim, 918 polis və 835 mülki şəxs həbsxanaya göndərilib.

0
16