Piterli tələbə dünya rekordu vurub

Piterli tələbə dünya rekordu vurub

“Pokemon Go” oyunu demək olar ki, bütün dünyanın geymerlərini cəlb edib. İnsanlar kütləvi şəkildə pokemonları toplayırlar. Qərbdə bu oyun artıq çoxları üçün əlçatandır, Rusiyada isə oyun rəsmi olaraq keçən həftə buraxılmalı idi, hələlik isə oyunu lokasiyanı ABŞ olduğunu göstərərək yükləmək olar.

Oxu.Az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Bəzi çətinliklər və narahatlıqlara baxmayaraq, Georgi Timofeyev iyulun 12-də oyunu yükləyib və cəmi iki həftə ərzində 145 pokemon toplayıb, bununla da dünya rekordu vurub. Daha öncə bu rekord 142 pokemon toplamış amerikalıya məxsus idi.

Ama Georgi ölkəsinin ərazisində olmayan pokemonları da toplaya bilib. Gənc onları topladığı yumurtalardan böyütdüyünü bildirib. Bir sözlə, rusiyalı tələbə oyuna ciddi yanaşıb.

Hazırda Georgi Peterburqda pokemonların təlimləri üzrə bütün bazaları zəbt etməyi planlaşdırır ki, “Instinct” klanına yardım etsin. O, həmçinin “Niantic Lab” və ya “Nintendo” ofislərində olmağa da sevinəcəyini bildirib. Axı Georgi həm də İT-sfera ilə də maraqlanır.

A.S.

0
17