700 bal toplayanlar – FOTO

700 bal toplayanlar – FOTO

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) bu il keçirdiyi qəbul imtahanlarında 10 abituriyent rekorda imza atıb.

Oxu.Az AzVision.az-a istinadən xəbər verir ki, I və IV ixtisas qruplarından imtahan verən 6 abituriyent, II və III ixtisas qrupu üzrə isə 4 abituriyent 700 bal toplayıb.

Bu ilin rekordçularını təqdim edirik:

I ixtisas qrupu üzrə:

1. Tural Ağayev - Bakı Türk Liseyinin məzunudur, əslən Zəngilan rayonundandır. Turalın anası evdar qadın, atası isə fəhlədir.

2. Rəvan Nəzərəliyev - Xırdalan 5 saylı tam orta məktəbi. Rəvanın atası maşın ustası, anası riyaziyyat müəlliməsidir.


3. Nadir Sultanlı – Ankara məktəb-lisey. Nadirin anası evdar qadındır, atası isə BP-də işləyir.

IV ixtisas qrupu üzrə:

1. Səbinə İsmayılova - Qazax rayonu Canallı kənd orta məktəbinin məzunu

2. Orxan Zülfüqarov – Şəmkir rayonu, Çinarlı qəsəbə 2 saylı orta məktəbi. Orxanın atası riyaziyyat müəllimi, anası isə evdar qadındır.

3. Ağalətif Lətifov – İsmayıllı rayonu, 5 saylı orta məktəbi. Ağalətifin atası onun təhsil aldığı 5 saylı orta məktəbdə riyaziyyat müəllimi işləyir, anası isə evdar qadındır.

II və III ixtisas qrupu üzrə

1. Təbriz Qasımov - Kürdəmir şəhər 2 saylı tam orta məktəb-lisey.

2. Şahbaba Məmmədov - “Hədəf” kurslarının Neftçilər filialının II qrup üzrə abituriyenti. O, rus bölməsi üzrə imtahan verib.

3. Fərid Hüseynov - Türkiyə Dəyanət Vəqfi-Bakı Türk Liseyinin məzunu. O, qəbul imtahanında II ixtisas qrup üzrə maksimum nəticə göstərib.

4. Elvin İsayev - 9 və 10-cu siniflərə “Hədəf” kurslarında təhsil alan E.İsayev III ixtisas qrupu üzə maksmum nəticə göstərib.


0
192