Türkiyədə 19 terrorçu məhv edildi

Türkiyədə 19 terrorçu məhv edildi

Ölkənin Baş Qərargahı məlumat yaydı.

Türkiyədə antiterror əməliyyatı zamanı 19 PKK terrorçusu öldürülüb.

Oxu.Az-ın xəbərinə görə, bu barədə Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının saytında məlumat verilir

“Şırnakda 7, Mardinin Nusaybin rayonunda 6, Hakkarinin Yüksəkova rayonunda 4, Silopidə - 2 terrorçu, zərərsizləşdirilib”, - məlumatda bildirilir.

Ümumilikdə antiterror əməliyyatı başlanandan adıçəkilən ərazilərdə 529 terrorçu məhv edilib. PKK üzvlərindən xeyli sayda silah-sursat götürülüb. 

0
18