Dini İşlər Komitəsində ikinci dalğa: 1112 nəfər işsiz qaldı

Dini İşlər Komitəsində ikinci dalğa: 1112 nəfər işsiz qaldı

Türkiyənin Dini İşlər Komitəsində daha 620 nəfər işdən uzaqlaşdırılıb. Lent.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, hərbi çevrilişə cəhd edən FETÖ ilə əlaqələri olan 620 nəfər, haqlarında araşdırma və istintaq başlanılması səbəbindən işdən uzaqlaşdırılıb.

Dini İşlər Komitəsinin yaydığı məlumatda bildirilir ki, ilk mərhələdə FETÖ ilə əlaqədə olduqları üçün 492 personal işdən uzaqlaşdırılmışdı, bu gün çıxarılanları da nəzərə alsaq, Komitənin müxtəlif vəzifələr daşıyan cəmi  1112 əməkdaşı işdən çıxarılıb.

0
17