Topaz Premyer Liqasının püşkü atıldı

Topaz Premyer Liqasının püşkü atıldı

Bu gün Topaz Premyer Liqasının 2016/2017 mövsümünün püşkatması keçirilib. Apasport.az saytının məlumatına görə, sayca 25-ci – yubiley ölkə çempionatının iştirakçıları ilk turdakı rəqiblərini tanıyıb.

AFFA-nın inzibati binasında baş tutan tədbirə qarşıdakı mövsümün 8 iştirakçısı qatılıb. Tədbirdə çempionatın startının tarixi də açıqlanıb.

Mövsümə avqustun 6-da start veriləcək. Həmin gün başlayacaq ilk tur ayın 7-də yekunlaşacaq.

Son 3 mövsümdə olduğu kimi yenə 4 dövrədə mübarizə aparacaq komandalar ilk turda 4 cütlük təşkil edib. Peşəkar Futbol Liqası ilk turun qarşılaşmalarını sonradan günlər üzrə böləcək. Eyni zamanda mövsümün tam təqvimi də bir neçə günə bəlli olacaq.

Topaz Premyer Liqası

I tur

6-7 avqust

“Qarabağ” (Ağdam) - “İnter” (Bakı)

“Qəbələ” (Qəbələ) -  “Kəpəz” (Gəncə)

AZAL (Bakı) -  “Neftçi” (Bakı)

“Zirə” (Bakı) - “Sumqayıt” (Sumqayıt)

0
17