Azərbaycanlı model “Playboy” jurnalında – FOTO

Azərbaycanlı model “Playboy” jurnalında – FOTO

“Miss Azərbaycan - 2016” gözəllik müsabiqəsinin finalçısı, model Oksana Barxatova “Playboy” kişi jurnalının iyul sayı üçün üçün çimərlik geyimində fotosessiya etdirib.

Oxu.Az xəbər verir ki, bu barədə model “İnstagram” səhifəsində məlumat verib.

Yarışmanın saytında səsvermənin bu günə olan nəticələrinə görə, 7200 səslə birinci yerdə qərarlaşan iştirakçı Oksana Barxatovadır. Müsabiqənin finalı iyulun 27-də keçiriləcək.

Qeyd edək ki, fotoları Fərhad Əhmədov lentə alıb. Modelin imici üzərində stilist Romani Çiçinadze çalışıb.

Aytən Sadıqzadə

0
75