Ərdoğan Sankt-Peterburqa səfər edəcək

Ərdoğan Sankt-Peterburqa səfər edəcək

“Rusiya və Türkiyə arasında münasibətlər mümkün qədər tez bir zamanda bərpa edilməlidir”.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan avqustun 9-da Sankt-Peterburqa səfər edəcək.

vz-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin baş nazirinin müavini Mehmet Şimşek bildirib və əlavə edib ki, Rusiya və Türkiyə arasında ikitərəfli münasibətlər mümkün qədər tez bir zamanda bərpa edilməlidir.

Rusiyanın baş nazirinin müavini Arkadi Dvorkoviç də Rusiya və Türkiyə liderlərinin avqustun birinci yarısında görüşünün planlaşdırıldığını təsdiqləyib.

“Biz, Rusiya və Türkiyə prezidentlərinin danışıqlarının yekunu üzrə rəhbərlərimizin göstərişi ilə görüşürük. Avqustun birinci yarısında rəhbərlərimizin görüşü üçün əsaslı təməl yaratmalıyıq”, - Dvorkoviç bildirib.

Daha öncə Kreml Rusiya prezidenti Vladimir Putin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın avqustun birinci ongünlüyündə Rusiya şəhərlərindən birində görüşəcəkləri barədə məlumat yayıb.

Həmçinin Rusiya və Türkiyə iyulun sonunda Nəqliyyat və İqtisadi İnkişaf nazirlikləri səviyyəsində hava əlaqələri və tursitlərin təhlükəsizliyinə dair danışıqlar aparacaqları məlum olub.

İyunun 29-da Rusiya prezidenti Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub. Danışıq zamanı onlar ölkələr arasında münasibətlərin normallaşmasına dair və şəxsi görüş haqqında razılığa gəliblər. Danışıq əsnasında Putin Ərdoğanın məktubunun müştərək işin bərpası üçün əsas yaratdığın qeyd edib.

Xatrladaq ki, iki ölkə arasında münasibətlər 2015-c ilin noyabrında Türkiyənin “F-16” təyyarəsinin Suriyada terror əleyhinə əməliyyatda iştirak edən Rusiyanın “Su-24” bombardmançısını vurduqdan sonra kəskinləşmişdi. Türkiyənin addımı Rusiyada mənfi reaksiyaya səbəb olmuşdu.

0
8