Bakıda avtomobil üç piyadanı vurdu: Ölən var

Bakıda avtomobil üç piyadanı vurdu: Ölən var

Faktla bağlı araşdırma aparılır.

Bakıda avtomobil üç piyadanı vurub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, hadisə iyulun 25-də saat 08 radələrində Xətai rayonu ərazisində qeydə alınıb.

Bakı şəhər sakini Emin Mürsəlov “Mercedes” markalı avtomobili idarə edərkən idarəetməni itirdiyindən dayanacaqda dayanan paytaxt sakinləri - Günay Hüseynova, Çingiz Abdullayev və Sara Salahlını vurub.

Sonradan avtomobil divara çırpılıb.

Nəticədə sürücü hadisə yerində ölüb, G.Hüseynova, Ç.Abdullayev, S.Salahlı, habelə E.Mürsəlovun 2 sərnişini xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

0
14