İlhamə Quliyevanın yeni səs yazısı üzə çıxdı - AUDİO

İlhamə Quliyevanın yeni səs yazısı üzə çıxdı - AUDİO

Mərhum xalq artisti İlhamə Quliyevanın heç yerdə səslənməyən mahnısı üzə çıxıb. Lent.az-ın məlumatına görə, sözləri Alovlu Ülviyyəyə, musiqisi Ramal İsrafilova aid mahnı “Hədiyyəm olsun” adlanır.

Bəstəni İ.Quliyeva ilə birgə müğənni Ramal İsrafilov ifa edib. R.İsrafilov isə bildirib ki, bəstəni xalq artistinin sağlığında mediaya təqdim etmək istəyirdi: “Hələ bir neçə il öncə lentə alınmış mahnı texniki səbəblərdən efirə heç cür yol tapmırdı. Amma İlhamə xanımın vaxtsız və gözlənilməz dünyasını dəyişməsi bizi mahnıya yenidən qayıtmağa məcbur elədi. Bu dəfə artıq mahnı tam hazır versiyada İlhamə xanımı sevənlərin simasında bütün klassik Azərbaycan estradasını sevənlərə təqdim olunur”.

Mahnının bəstəkarı Ülviyyə Alovlu da təəssüratlarını bölüşüb: “Bu mahnının adı “Hədiyyəm olsun” olduğu kimi İlhamə xanımın ad günündə ruhuna hədiyyə olsun. Bu bəstədə məhz İlhamə xanımın səsini eşitmək mənə qürur verir. Səsi, mahnıları yaşadıqca, İlhamə xanım yaşayacaq”.

0
34