Müğənninin xanımı: 500 min ver, boşanaq – FOTO

Müğənninin xanımı: 500 min ver, boşanaq – FOTO

Özündən 20 yaş kiçik model-aktrisa Ceren Kaplakarslan ilə ailə həyatı quran müğənni Rafet El Roman boşanır.

Oxu.Az Türkiyə mətbuatına istinadla xəbər verir ki, əvvəlki münasibətlərindən 3 övladı olan Rafet indiki həyat yoldaşından körpə istəmədiyinə görə C.Kaplakarslan cütlüyün birlikdə yaşadıqları Almaniyadakı evindən Türkiyəyə dönüb.

Bir ara adı özündən 30 yaş böyük şomen Mehmet Ali Erbil ilə eşq dedi-qodusunda hallanan Ceren bu xəbəri təkzib edib.

Rafet El Roman isə mediaya açıqlamasında “Məhkəməyə müraciət etdik, boşanırıq” deyib.

“Ceren qızlarımla dəfələrlə mübahisə edib. Anam və atamla razılaşa bilməyib. Haqqında yayılan eşq dedi-qoduları isə stəkanı daşıran son damla oldu. Artıq geriyə dönüş yoxdur”, - deyə ifaçı sözlərinə əlavə edib.

Rafet El Roman sosial mediadan Cerenlə birlikdə olan bütün fotoşəkillərini silib. Onun bütün əşyalarını İstanbula göndərib.

C.Kaplakarslan isə boşanmaq üçün 500 min TL təzminat istəyib. Rafet El Roman bu məbləği eşidəndə təəccüb keçirib.

Aytən Sadıqzadə

0
15