Rusiyada azərbaycanlını öldürən millətçiyə hökm oxundu

Rusiyada azərbaycanlını öldürən millətçiyə hökm oxundu

Onu döyüb və ölümə tərk ediblər.

Moskva şəhərinin Babuşkinsk məhkəməsinin qərarına əsasən, “Restrukt”un fəalı Kirill Filatov həyatının qarşıdakı 6 ilini həbsxanada keçirəcək.

Oxu.Az Rusiya KİV-nə istinadən xəbər verir ki, istintaq həmin şəxsin Azərbaycan vətəndaşı Zaur Alışevin döyülməsinə aidiyyəti olduğunu sübut edə bilib. Z.Alışev döyülərkən aldığı çoxsaylı zərbələrdən və travmalardan dünyasını dəyişib.

Ekstremist təşkilatın üzvləri kişiyə hücumu reyd çərçivəsində həyata keçiriblər.

Azərbaycanlını çəkmək üçün qanunsuz qarışıqlar satıcısı ilə səhv salıblar, döyüb və ölümə tərk ediblər.

Kirill Filatov saxlanıldıqdan sonra günahını etiraf edib, istintaq ilə əməkdaşlıq etməyə razılıq verib.

Fəal, həmçinin öz əlbirlərinə dair ifadə vermək qərarına gəlib. Sonuncular sırasında Maksim Martsinkeviç də var, o ictimaiyyətə daha çox “Tesak” ləqəbi ilə tanışdır.

0
21