Liviyada tapılan miqrant meyitlərinin sayı 87-yə çatdı

Liviyada tapılan miqrant meyitlərinin sayı 87-yə çatdı

Liviya sahillərində tapılan miqrant meyitlərinin sayı 87-yə çatıb.

APA-nın “Əl-Cəzirə” telakanalına istinadən verdiyi məlumata görə, bundan əvvəl 41 mühacirin meyitinin tapıldığına dair məlumat verilirdi.

Ötən gün Liviyanın Sabrat şəhəri yaxınlığında, çimərlikdə Avropaya keçmək istəyən miqrantların  meyiti aşkarlanmışdı. Onların 5-6 gün əvvəl suda boğularaq öldüyü ehtimal edilir.

Bildirilir ki, tapılan şəxslərin kimliyini müəyyənləşdirmək üçün DNT analiz götürüləcək.

Beynəlxalq Miqrasiya Təşkilatının hesablamalarına əsasən, yanvarın 1 –dən iyulun 6-dək Avropaya dəniz vasitəsilə 230 885 qaçqın daxil olub, 2 920-si isə yolda ölüb və yaxud itkin düşüb.

0
23