Metro şübhəli qutuya görə bağlandı

Metro şübhəli qutuya görə bağlandı

Milanda metro stansiyalarından birində şübhəli qutu tapılıb.

Lent.az “qafqazinfo”-ya istinadən xəbər verir ki, polis metronun giriş-çıxışını bağlayıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları qutunu yoxlayıb və içində batareyalar aşkarlayıb. Bundan sonra metro işinə davam edib.

Qeyd olunur ki, Almaniya və Fransada baş verən terror aktlarından sonra İtaliyada təhlükəsizlik tədbirləri gücləndirilib.

0
23