Yüzlərlə insan Yerevan küçələrinə çıxdı

Yüzlərlə insan Yerevan küçələrinə çıxdı

Yerevanda müxəlifət qüvvələri silahlıların ələ keçirdiyi polis binasının qarşısında etiraz aksiyası keçirirlər.

Oxu.Az News.am-a istinadən xəbər verir ki, yüzlərlə insan silahlı qrupun qida, rabitə, tibbi xidmətlə təmin edilməsini, eləcə də zəbt edilən binada elektrik enerjisinin bərpasını tələb edirlər.

Bildirilir ki, əks təqdirdə müxalifət tək Yerevanda deyil, Ermənistanın digər rayonlarında da itaətsizlik aksiyaları keçirəcək.

Məlumata əsasən, ilk olaraq “İrs” partiyasının nümayəndəsi Armen Martirosyan çıxış edib. Müxalifət nümayəndəsi deyib ki, hökumət xalqa qarşı muzdlulardan və texnikadan istifadə edilməyəcəyinə söz verməlidir.

“Təsis Məclisi”nin nümayəndəsi Alek Yeniqomşyan isə bildirib ki, qiyamçılar özlərini qalib hiss edir və bir addım da geri çəkilmək niyyətində deyillər.

O, həmçinin qeyd edib ki, səhər hakimiyyət orqanlarına ultimatum təqdim ediblər və saat 20-də onun müddəti başa çatıb.

0
19