Bakıda atasına ad günü keçirən gənc faciəvi şəkildə öldü - FOTO

Bakıda atasına ad günü keçirən gənc faciəvi şəkildə öldü - FOTO

Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi sakini Vəli Cabbar oğlu Abbasov atasının ad günündə dənizdə çimərkən boğulub.

Oxu.Az xəbər verir ki, mərhumun yaxınlarının Bizimyol.info saytına verdiyi məlumata görə, 16 yaşlı gənc atasına doğum günü tədbiri təşkil etmək üçün, bacısının dəniz qırağında yerləşən evinə gəlib.

Burada lazimi işləri gördükdən sonra, dənizə çimməyə yollanan V.Abbasov suda boğularaq dünyasını dəyişib.

Baş verən faciənin təəccüblü tərəfi isə, Vəlinin dənizə çimməyə gedərkən şəxsiyyət vəsiqəsini özü ilə götürməsi olub.

0
10