Ərdoğanın müxalifət liderləri ilə görüşü 2,4 saat davam edib

Ərdoğanın müxalifət liderləri ilə görüşü 2,4 saat davam edib

Kamal Kılıçdaroğlu və Dövlət Bahçeli ilə görüşü başa çatıb.

APA-nın “Hürriyet”ə istinadən verdiyi xəbərə görə, prezident sarayında keçirilən və baş nazir Binəli Yıldırımın da qatıldığı görüş 2 saat 40 dəqiqə davam edib. Müzakirə olunan məsələlər barədə açıqlama verilməyib.

Cümhuriyyət Xalq Partiyasındakı mənbələr isə görüşü siyasətin normallaşdırılması baxımından müsbət qiymətləndiriblər: “Budan sonrakı normallaşma addımlarını asanlaşdıracaq bir görüş oldu”.

0
7