"Türk Hava Yolları" 211 əməkdaşını işdən çıxardı

"Türk Hava Yolları" 211 əməkdaşını işdən çıxardı

APA-Economics” Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə şirkət özü yazılı açıqlama yayıb.

Açıqlamada bu işçilərin ölkə və şirkətin təhlükəsizliyi və mənfəətinə zərər verməklə FETÖ ilə əlaqələrinin olması qeyd olunub. “Türkiyə Hava Yolları baş verən hərbi çevriliş cəhdindən sonra bütün ailə üzvləri ilə birlikdə və ya qəhrəman millətimizin bir parçası olaraq planlaşdırılan xain hücumun qarşısının alınmasında  və demokratiyanın qurulmasında üzərinə düşən məsuliyyəti bütün şərtlərdə yerinə yetirməyə davam edəcək”, - deyə açıqlamada qeyd olunub.

Baş verən digər dəyişikliyə əsasən, aviaşirkətin maliyyə məsələləri üzrə baş direktor müavini Coşqun Kılıç işdən çıxıb. Onun yerinə bu vəzifəyə Murad Şəkər təyin olunub.

0
12