Məşhur müğənniyə xərçəng diaqnozu qoyuldu – VİDEO

Məşhur müğənniyə xərçəng diaqnozu qoyuldu – VİDEO

Türkiyəli müğənni Fatih Erkoç pərəstişkarlarını kədərləndirəcək müsahibə verib.

Oxu.Az xəbər verir ki, “Life Time Maqazin” proqramına açıqlama verən ifaçı xərçəng xəstəliyinə tutulduğunu bildirib.

O, xəstəliyini necə öyrənməsini belə izah edib:

“Antaliyada bir hotelə gedib həftə sonu səhnədə çıxış edirdim. Hoteldə məni masaj edən Filiz xanım “Kürəyinizdə şiş var” deyəndə Antaliyadan geri dönərkən ultramüayinə, tomoqrafiya və biopsiya olundum. Cavablar hazır olanda “limfoma başlanğıcıdır” dedilər.

Həkimlərin sözlərinə görə, yaxşılaşma şansı olan xəstəlikdir. Kimyaterapiya almağa başlamışam. Əhval-ruhiyyəm yüksəkdir, bunu özümə çox dərd etmirəm. Kimyaterapiya 6 ay davam edəcək. Hələlik Bodrumda səhnə fəaliyyətim davam edir, özümü yaxşı hiss edirəm”.

0
7