Rusiyada naməlum şəraitdə azərbaycanlı ölüb

Rusiyada naməlum şəraitdə azərbaycanlı ölüb

O, baş sahə inspektoru vəzifəsində çalışırdı.

Udmurtiyanın İjevsk şəhərində Azərbaycan diasporunun fəal üzvü, azərbaycanlı polis pokovniki ölüb.

Oxu.Az xəbər verir ki, bu barədə APA-ya Udmurtiyada azərbaycanlılar konqresindən bildiriblər.

Məlumata görə, Tofiq Haqverdi oğlu Kərimov (1951-ci il təvəllüdlü) Azərbaycanın Cəlilabad rayonunda anadan olub, Rusiyada bu regionun konqressinin təsisçilərindən biri olub.

O, baş sahə inspektoru vəzifəsində çalışırdı. Onun cəsədi 2 gün bundan öncə öz mənzilində tapılıb. Mərhumun meyiti üzərində zorakılıq izləri yoxdur. Mərhum Cəlilabad rayonunda doğulduğu kənddə dəfn ediləcək.

Peşəkar işi və disapor fəaliyyətinə görə T.Kərimov dəfələrlə Rusiya prezidentinin mükafına layiq görülüb.

0
9