Ərdoğan səfirləri dəyişəcək

Ərdoğan səfirləri dəyişəcək

“Onların bəziləri ədalətsiz olaraq vəzifə tuta bilərlər”.

Türkiyənin xarici dövlətlərdəki səfirlərinin bir qismi iyulun 15-dən 16-na keçən gecə dövlət çevrilişi cəhdi ilə əlaqədar vəzifələrindən uzaqlaşdırıla bilər.

Oxu.Az “Reuters”ə istinadən xəbər verir ki, bu barədə onların bəzilərinin ədalətsiz olaraq vəzifə tuta biləcəyini bəyan edən Türkiyənin XİN rəhbəri Mövlud Çavuşoğlu bildirib.

Daha öncə Türkiyədə baş tutmayan dövlət çevrilişi nəticəsində 13 min adamın saxlanıldığına dair məlumat yayılmışdı.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan çevriliş cəhdinin təşkil edilməsində ittiham edilən nurçuların rəhbəri Fətullah Gülən ilə əlaqədar ola biləcək mindən artıq özəl məktəbin bağlanmasına dair əmr verib.

0
16