(R) "AGBank" əmanət faizlərini əvvəlcədən ödəyir

(R) "AGBank" əmanət faizlərini əvvəlcədən ödəyir

AGBank yay aylarında yeni xidmət və məhsullarını təqdim etməyə davam edir. Bank bu dəfə yeni  “İlin 5-ci fəsli” əmanət növü ilə hər kəsi sevindirir. İndi “İlin 5-ci fəsli” əmanət növündən yararlanmaqla siz, 3 ayın faizlərini əvvəlcədən əldə edə bilərsiniz. Əmanətləri bir il müddətinə AZN, ABŞ Dolları və Avro valyutasında yerləşdirmək mümkündür.

Müştərinin istəyi ilə əmanət üzrə faizlərin ödənilməsi üçün pulsuz Maestro (Deposit) kartı və ya əmanətin məbləğindən asılı olaraq pulsuz plastik kart və SMS Bankinq xidmətinə qoşulma rəsmiləşdirilir. Eyni zamanda AGBank-da yerləşdirilən əmanətlər, Əmanətlərin Sığortalanması Fondunun şərtlərinə uyğun olaraq sığortalanır. Qeyd edək ki, 2016-cı il fevralın 1-dən etibarən 3 il müddətində yerli bank və xarici bankın Azərbaycanda fəaliyyət göstərən filialı tərəfindən fiziki şəxslərin əmanəti üzrə ödənilən illik faiz gəlirləri, habelə emitent tərəfindən investisiya qiymətli kağızları üzrə ödənilən dividend, diskont (istiqrazların nominalından aşağı yerləşdirilməsi nəticəsində yaranmış fərq) və faiz gəlirləri gəlir vergisindən azad edilir.

1992-ci ildə təsis olunan “AGBank” ASC  nizamnamə kapitalını 77,2 milyon manat artırıraq 102,2 milyon manata çatdırıb. Hazırda 19 filial, 1 şöbə və Bakı, Sumqayıt, Gəncə, Yevlax, Bərdə, Şamaxı, Şirvan və Salyanda yerləşən 71 bankomatla xidmətinizdədir. Bank yaxın günlərdə müştərilərin rahatlığına yönəldilmiş yeni məhsullar təqdim etməklə yanaşı, bir sıra innovativ layihələr də həyata keçirəcək.

0
14