Tanınmış müğənni xərçəng xəstəsidir: "Həkimlər dedi ki..."

Tanınmış müğənni xərçəng xəstəsidir: "Həkimlər dedi ki..."

Türkiyənin tanınmış müğənnisi Fatih Erkoç xərçəng xəstəliyindən əziyyət çəkir. Lent.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, ifaçı bildirib ki, limfoma xərçənginə tutulub: “Sağlamlığımda heç bir problem hiss etmirdim. Hər həftənin sonu Antalyaya gedib orada çıxış edirdim. Orada məni masaj edən Filiz xanım dedi ki, “kürəyinizdə şişkinlik var”. Antalyadan qayıdandan sonra ultrasəs və tomoqrafiya etdirdim. Daha sonra həkimlər mənə dedilər ki, bu limfomanın başlanğıcıdır. Kimyaterapiya almağa başlamışam. Bu, 6 ay davam edəcək. İndi isə Bodrumda konsert verirəm, özümü yaxşı hiss edirəm".

Qeyd edək ki, F. Erkoç daha çox “Ellerim bomboş” mahnısı ilə tanınır.

0
18