İordaniyanın sabiq baş naziri: Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır

İordaniyanın sabiq baş naziri: Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır

Tahir Əl-Masri Azərbaycan prezidentinə məktub ünvanlayıb.

İordaniyanın sabiq baş naziri, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Tahir Əl-Masri Azərbaycan prezidenti İlham Əliyev məktub ünvanlayıb.

Oxu.Az-ın məlumatına görə, T. Əl-Masrinin məktubunda deyilir:

“Hörmətli cənab Prezident, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində bu yaxınlarda gərginliyin artması nəticəsində həm mülki vətəndaşların, həm də hərbçilərin həlak olması ilə bağlı Nizami Gəncəvi Beynəlxalq Mərkəzi adından başsağlığımızı qəbul etməyinizi xahiş edirik. Biz də beynəlxalq ictimaiyyətə qoşularaq 1994-cü ildə əldə edilmiş atəşkəsin bu yaxınlarda təhlükəli şəkildə pozulması ilə bağlı ciddi narahatlığımızı ifadə edirik. Qoşunların təmas xəttində gərginliyin artması bütün regionun sabitliyi üçün təhdiddir.

İndiki vəziyyət bütün mümkün diplomatik kanalları işə salmaq, o cümlədən ATƏT-in və Minsk qrupunun üzvlərinin səylərindən istifadə edərək münaqişənin ədalətli həllinə nail olmaq, beynəlxalq səviyyədə bütün vasitələrdən yararlanaraq Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək üçün yaxşı imkandır.

Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə birdəfəlik həlli üçün Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır. Bunu beynəlxalq hüququn norma və prinsipləri tələb edir. Cənab Prezident, bizim yüksək ehtiramımızı qəbul etməyinizi xahiş edirik”.

0
19