Nazir: Ola bilər ki, Rövşən Bayramova digər idmançının forması verilib

Nazir: Ola bilər ki, Rövşən Bayramova digər idmançının forması verilib

“Olimpiyaçılarımız üçün formanı İtaliya şirkəti tikib”.

“Bəzi idmançılar bizim yanımıza gəlib formaları dəyişmək əvəzinə, şəkillərini internetdə paylaşıblar”.

Oxu.Az xəbər verir ki, Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov idmançı Rövşən Bayramovun ölçüləri böyük olan forma ilə şəklini sosial şəbəkədə paylaşmasını belə şərh edib.

“Ola bilər ki, Rövşən Bayramova hansısa ağır çəkili idmançının forması verilib. Olimpiyaçılarımız üçün formanı İtaliya şirkəti tikib. Çox keyfiyyətli iş yerinə yetirilib və bu bizə idmançılarımızın Londonda keçirilən Olimpiadada və Bakıda keçirilən Avropa Oyunlarında geyindiyi “Ermanno Skervino” formalarından 4-5 dəfə ucuz başa gəlib”.

0
9