Azərbaycanda antidopinq qanunvericiliyi sərtləşdirilə bilər

Azərbaycanda antidopinq qanunvericiliyi sərtləşdirilə bilər

Gənclər və İdman Nazirliyi Antidopinq qanunvericiliyində bəzi dəyişikliklərin edilməsi barədə Milli Məclisə təkliflər göndərib.

Nazirliyin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, bununla bağlı Azərbaycanın Cinayət Məcəlləsi üzrə bir sıra cəzalar nəzərdə tutulub.

Təkliflərdə dopinq vasitələrindən və (və ya) metodlarından istifadəyə məcbur etmə üçün 1000 manatdan 5000 manatadək cərimə və ya iki ilədək müddətə islah işləri, eyni əməllər yetkinlik yaşına çatmayan şəxs barədə törədildikdə iki ilədək islah və ya bir ilədək azadlıqdan məhrum edilmə cəzası istənilib.

Təkliflərə əsasən, dərman vasitələri və qidaların tərkibinə dopinq vasitələri əlavə etməklə, onların saxtalaşdırılması, əldə edilməsi və satılmasına görə iki ilədək islah işləri və ya bir ilədək azadlıqdan məhrum etmə, dopinq vasitələrinin hazırlanmasının, istehsalının, istifadəsinin vasitə və metodları, onların əldə edilməsi mümkün olan yerlər haqda məlumatların yayılmasına görə fiziki şəxslər 500 manatdan 1000 manatadək, vəzifəli şəxslər 1000 manatdan 102 min manatadək, hüquqi şəxslər 202 min manatdan 303 min manatadək cərimə edilməlidir.

Təkliflərə görə, bədən tərbiyəsi, idman təşkilatları, idmançılar, məşqçilər, həkimlər və digər mütəxəssislər tərəfindən dopinq nəzarəti qaydalarının pozulmasına görə 1000 manatdan 2000 manatadək cərimə edilməlidir.

0
13