Floridada gecə klubunda atışma: Ölənlər var – VİDEO + YENİLƏNİB

Floridada gecə klubunda atışma: Ölənlər var – VİDEO + YENİLƏNİB

Floridada gecə klubunda atışma nəticəsində iki nəfər ölüb və 17 nəfər yaralanıb.

Oxu.Az xəbər verir ki, bu barədə polisə istinadən “Wink News” telekanalı məlumat yayıb.

Hadisə bazar ertəsi səhər saatlarında Mayersdə yerləşən “Club Blu” klubunda baş verib. Naməlum şəxs kluba daxil olub, müştərilərə atəş açıb. Klubda yeniyetmələr üçün tədbir keçirilib, gecədə iştirak edənlərin bəzilərinin 13 yaşı olub.

Klubun yaxınlığında yaşayan qadın 30-a yaxın atəş səsi eşitdiyini bildirib.

14:49

Floridada gecə klubunda atışma nəticəsində bir nəfər ölüb, 14 nəfər yaralanıb.

Oxu.Az xəbər verir ki, bu barədə “NBC 2 News” telekanalı polisə istinadən məlumat yayıb.

Telekanalın məlumatına görə, hadisə bazar ertəsi səhər saatlarında Mayersdə yerləşən “Club Blu” klubunda baş verib.

“Fort Mayers şəhərində polis idarəsinin məlumatına görə, 15 nəfər odlu silahdan yaralanıb. Ən azı bir nəfər ölüb”, - telekanalın “Tvitter” səhifəsində məlumat yayılıb.

Telekanalın məlumatına görə, naməlum şəxs kluba daxil olub, müştərilərə atəş açıb. Onların bəzilərinin13 yaşı olub.

“The Mirror” nəşri yazır ki, atışmanın qurbanı 14 yaşlı yeniyetmə olub. Qonşu rayonda da atışmaların olmasına dair məlumat yayılıb. Hadisənin təfərrüatları araşdırılır.