“Əsirlər” adlı vətənpərvərlik filmi çəkilir – FOTO + VİDEO

“Əsirlər” adlı vətənpərvərlik filmi çəkilir – FOTO + VİDEO

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Əsirlər” adlı vətənpərvərlik filmi çəkilir.

Oxu.Az xəbər verir ki, Gənclər Fondunun elan etdiyi səkkizinci qrant müsabiqəsinin C kateqoriyası çərçivəsində reallaşan layihənin keçirilməsində əsas məqsədi yeniyetmə və gənclərin milli vətənpərvərlik və vətənə sədaqət ruhunda tərbiyə olunması istiqamətində həyata keçirilən gənclər siyasətinə dəstək olmaqdan ibarətdir.

Layihə çərçivəsində hazırlanan qısametrajlı film Qarabağda baş verən hadisələrin yaddaşlardan silinməməsi və film şəklində xatirələrdə qalmasına xidmət göstərir.

Hal-hazırda filmin çəkilişləri başa çatır və montaj işləri tamamlanmaq üzrədir.

Filimin rejissorları Vahid Orucoğlu və Teyyub Teymuroğludur. Filmdə baş rolları Roza İbadova Kocamaz və Vahid Orucoğlu ifa edib.

Ssenari müəllifi və layihənin rəhbəri Orxan Muxtarlıdır.

0
58